“Əbədi düşmənçilik dünyanı özü boyda Qəzzaya çevirə bilər”
Dövlətin ordusu qədər, sülh siyasəti də güclü olmalıdır.
Millinews.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Bakıda keçirilən “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat”ın təqdimatında deyib.
“Qonşuluq, coğrafiya taledir. Əbədi düşmənçilik dünyanı özü boyda Qəzzaya çevirə bilər. Ona görə də hər iki dövlətin tanınmış siyasətçiləri, ədibləri, sənət adamları, din xadimlərinin ortaq tədbirləri vasitəsilə cəmiyyətlərarası dialoq genişləndirməlidir”.
Tədbirdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli dərsliklərdə nifrət ifadələrinin olmaması üçün çalışdıqlarını qeyd edib:
“İstər Birinci Qarabağ müharibəsi, istərsə də İkinci Qarabağ müharibəsi dövründə azyaşlı erməniəsilli uşaqların aktiv döyüşlərdə olduğunu görə bilərik. Əməliyyatlarının olduğu bölgələrə gətirməklə onların psixologiyasında dərin yaralar buraxaraq gələcəkdə potensial cani kimi formalaşdırırlar. Unutmayaq ki, hər şey uşaq olarkən başlayır. Bu da Ermənistan siyasi və hərbi rəhbərliyinin məqsədlərindən biridir”.
Aysel Şahmar