Xəbərlər

Messi MLS-in ən yaxşı oyunçusu ola bilməyəcək: Amma…

messi inter85755

“İnter Mayami”nin futbolçusu Lionel Messi ABŞ-da iddia etdiyi 2 şəxsi tituldan birində mübarizəni dayandırıb.

Millinews.az xəbər verir ki, argentinalı futbolçunun adı mövsümün “ən dəyərli oyunçusu” mükafatına namizədlərin genişləndirilmiş siyahısına daxil edilsə də, finala yüksələ bilməyib. İlk üçlükdə Lusiano Akosta (Sinsinnati), Tyaqo Almada (Atlanta United) və Denis Buanqa (Los-Anceles) yer alıb.

Bununla Messi MLS-in “ən yaxşı yeni oyunçusu” mükafatı uğrunda mübarizə aparır. O, bu kateqoriya üzrə finalçıların siyahısındadır. Leo ilə birlikdə Georgios Yakumakis (Atlanta United) və Eduard Leven (Sent-Luis Siti) də mükafata namizəddirlər.

Qeyd edək ki, Messi bu yay “İnter Mayami”yə keçib. MLS-də 6 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Heybət

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu