Xəbərlər
Xaçaturyan Bakıdan qızına zəng edib bu sözləri dedi
Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyan Bakıda keçirilən məhkəmədən bir gün öncə ailəsi ilə əlaqə saxlayıb.
Millinews.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə onun qızı Tsovinar Xaçaturyan məlumat yayıb.
“Məhkəmədən bir gün əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə atamla əlaqə saxladıq. O, narahat idi, bizdən indi harada olduğumu soruşdu və məhkəməsinin keçiriləcəyini dedi. Məhkəmədən sonra danışmamışıq”, – qızı bildirib.
Qeyd edək ki, Vaqif Xaçaturyanın növbəti məhkəməsi oktyabrın 17-də keçiriləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.