ABŞ İsrail sahillərinə 4000-dən çox hərbçi göndərir
Amerika Birləşmiş Ştatları İsrail sahillərinə 4000-dən çox dənizçi və dəniz piyadası göndərmək qərarına gəlib.
Millinews.az xəbər verir ki, bu barədə “The Washington Post”a məlumat yayıb.
Adı açıqlanmayan iki ABŞ rəsmisi nəşrə verdiyi şərhdə 4000-dən çox dənizçi və dəniz piyadasının daxil olduğu hazırlıq qrupunun İsrail sahillərində ABŞ gəmilərinə yerləşdiriləcəklərini bildirib.
Jurnalistlər qeyd edirlər ki, qrupa dəniz piyadalarının 26-cı ekspedisiya bölməsi daxil olacaq və o, bir sıra xüsusi əməliyyatlar da daxil olmaqla, geniş spektrli tapşırıqları yerinə yetirməyə hazırdır.
WP-nin məlumatına görə, hərbçilər bu yaxınlarda Küveyti tərk edən “USS Bataan” və “USS Carter Hall”a gələcəklər. Bölmədəki üçüncü gəmi, “USS Mesa Verde” Aralıq dənizində olub və İsrail sahillərinə doğru getməli idi.
Nəşr vurğulayır ki, qoşunların bu cür köçürülməsi Amerika rəsmilərinin Livanın “Hizbullah” hərbiləşdirilmiş qruplaşması ilə toqquşmalardan sonra münaqişənin mümkün genişlənməsi ilə bağlı qorxularını əks etdirir.
Hüsyen İbadlı