Xəbərlər

Pakistan-Hindistan sərhədində atışma oldu


Pakistan və Hindistan sərhədində atışma olub.

Millinews.az xarici KİV-ə istinadən xəbər verir ki, Pakistan və Hindistan əsgərləri Cammu və Kəşmir sərhədində bir-birinə atəş açıblar.

Hadisə nəticəsində ölən olmayıb.

Qeyd edilib ki, Hindistanın Cammu və Kəşmir bölgəsinin sərhəd nöqtəsindən gələn pilotsuz təyyarə Pakistanın Sialkot şəhəri sərhədinə girməyə cəhd edərkən Pakistan təhlükəsizlik qüvvələri tərəfindən vurulub.

Pakistan ordusundan verilən açıqlamada Pakistan təhlükəsizlik qüvvələrinin Hindistan əsgərlərinin səbəbsiz atəşə tutulmasına cavab verdiyi bildirilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu