Xəbərlər

Ermənistan Rusiyaya NOTA VERDİ – FOTO

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Birinci Kanal”da nümayiş olunan “Varis Tutti. Nikol Paşinyanın gəlincikləri: bəlaların xəbərçisi” verilişi ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb”.

Millinews.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Proqram zamanı Ermənistanın yüksək rütbəli rəsmilərinə qarşı təhqiramiz və tamamilə qəbuledilməz bəyanatlar səsləndirilib. Görüş zamanı səfirə müvafiq etiraz notası verilib”, – XİN-in məlumatında deyilir.

Qeyd edək ki, sözügedən verilişdə “Ana Ermənistan” müxalifət blokunun rəhbəri Andranik Tevanyan da iştirak edib.

Hüseyn İbadlı

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu