Xəbərlər

Şahdağ Milli Parkında yanğın olub


Qəbələ rayonunun Qəmərvan kəndi yaxınlığında yerləşən Şahdağ Milli Parkının dağlıq-meşəlik ərazisində yanğın baş verib.

Millinews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində Şahdağ Milli Parkının ərazisində 600m2 sahədə xəzəl və ağac qırıntıları yanıb. Ağaclar yanğından mühafizə olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu