Belarus Rusiyanın pulunu vermir: Londona şikayət edəcəklər
Rusiya Belarusa kredit verməyəcək.
Millinews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, özəl investorlar Rusiya hökumətini Belarusa əvvəllər buraxılmış avrobondlar üzrə ödəniş etməməsi səbəbindən kreditlərin verilməsini dayandırmağa çağırıblar. Bu barədə Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaxa müvafiq məktub ünvanlanıb.
Müraciətin təşəbbüskarı əvvəllər Belarus Maliyyə Nazirliyini avrobondlar üzrə ödənişlərlə bağlı məhkəməyə vermiş Aleksandr Marçenkov olub. Onun qonşu ölkəyə dövlət kreditlərinin verilməsini məhdudlaşdırmaq çağırışı ümumilikdə 200 fiziki şəxs və 30 təşkilat tərəfindən dəstəklənib.
Məlumata görə, investorlar bu məsələ ilə bağlı ədaləti London Beynəlxalq Arbitrajında (LCIA) axtarmaq niyyətindədirlər.
Mehti Kamiloğlu