Xəbərlər

Rublla bağlı mühüm qərar verildi


Oktyabrın 27-də Rusiya Mərkəzi Bankı illik uçot dərəcəsini 13 faizdən 15 faizə yüksəltdi.

Millinews.az xəbər verir ki, Bankın digər açıqlamasında Rusiyada 2023-cü ildə infilyasiya proqnozunun 6-7 faizdən 7-7.5 faizə yüksəldiyi bildirilib.

Artıq dördünü dəfədir ki, Rusiyada uçot dərəcəsinin artımı ilə bağlı qərar verilir. Rusiyada maliyyə analitikləri hesab edir ki, uçot dərəcəsinin 15%-ə qaldırılması qərarı borclanma xərclərinin artması səbəbindən istehlak kreditləşməsi bazarının soyumasına gətirib çıxaracaq. Bu da bank depozitlərinin cəlbediciliyini artıracaq. Nəticədə, idxala tələbat da azalmaqla bərabər Rusiya valyutasının ilin sonuna qədər bir dollar üçün 75-80 rubla qədər möhkəmlənməsinə səbəb olacaq. Lakin belə yüksək göstərici yalnız ÜDM-in azalması və inflyasiyanın artması ilə deyil, həm də işsizliyin artmasına da gətirə bilər.

İqtisadçılar qeyd edir ki, ümumiyyətlə məzənnə 20%-ə qaldırılsa, 5%-ə endirilsə belə, hazırda rubl üçün qlobal fərq yoxdur. Çünki nə dollar 70 rubla düşməyəcək nə də Amerika valyutasının isə 110-a qalxmasına imkan verilməyəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu