İdman

“Qarabağ”ın hədəfi Bezerra – Qurbanov onu kimin yerində oynadacaq?

“Qarabağ”ın transfer hədəflərindən daha biri məlum olub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi Serbiyanın “OFK Belqrad” klubunda çıxış edən sağ cinah yarımmüdafiəçisi Dioqo Bezerra ilə maraqlanır.

Serbiya təmsilçisi 23 yaşlı braziliyalı futbolçusunu sərfəli təklif gələcəyi təqdirdə satmağa hazırdır.

Lakin “Qarabağ” bu keçiddə “Rio Ave” komandası ilə mübarizə aparmalı olacaq. Portuqaliya təmsilçisinin Bezerra üçün “OFK Belqrad”a artıq 1,8 milyon avroluq təklif göndərdiyi məlum olub.

Qeyd edək ki, Dioqo Bezerra cari mövsüm ərzində 21 oyunda iştirak edib, 2 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu