Xəbərlər

Qənirə Paşayevanın vəzifəsini o icra edir

qnir

Nizamnaməyə görə Milli Məclisin komitə sədri olmayanda onu müavin əvəz edir. Mərhum Qənirə xanım Paşayeva vəfat etdiyi üçün onu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri kimi mən əvəz edirəm.

Millinews.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa jurnalistlərə açıqlamasında deyib.

O, növbəti çağırış seçkilərə bir il vaxt qaldığını və bu müddətdə sədr əvəzi kimi fəaliyyət göstərəcəyini bildirib.

Növbəti seçkilərdə komitə sədrliyinə namizədliyini irəli sürüb-sürməyəcəyinə gəlincə, Fazil Mustafa bildirib ki, deputat seçilərsə, bu barədə qərar verəcək:

“Siyasi partiya sədri kimi seçkilərdə iştirak edəcəyəm, seçilərəmsə, o zaman düşünərik”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu