Xəbərlər

“Döyüşlərdə öldürülən azərbaycanəsilli hərbçinin babası Qarabağda şəhid olub”


HƏMAS-la döyüşlərdə öldürülən azərbaycanəsilli hərbçi Lior Əzizovun babası Vahid Əzizov Birinci Qarabağ müharibəsində şəhid olub.

Millinews.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi “X” hesabında paylaşım edib.

“İsrailin Azərbaycandakı səfirliyi olaraq, oktyabrın 7-də HƏMAS-a qarşı hərbi əməliyyatlar zamanı azərbaycanəsilli, 20 yaşlı serjant Lior Əzizovun həlak olmasından dərin kədər hissi keçiririk. O, Qolani briqadasının döyüşçüsü idi. Liorun atası Timur 2005-ci ildə İsraildə terror aktının qurbanı olub və 5 il sonra aldığı fiziki və psixi xəsarətlərdən dünyasını dəyişib. Babası Vahid Əzizov 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına həlak olub və Şəhidlər xiyabanında dəfn olunub. Bir ailənin üç nəsil boyunca ağrı və itkilərinə sonsuz hüznlə yas tuturuq. Liorun anası Natali onu belə xatırlayır: “O, həkim və rəssam olmaq istəyən ağıllı, həssas uşaq idi. Onunla ilk söhbətimiz şənbə günü, müharibənin ilk günündə oldu. Dedi ki, “burda atışma gedir, amma yaxşıyam, narahat olma. Ana, yenə zəng edəcəyəm, söz verirəm və səni sevirəm”. Bu ondan gələn son zəng oldu. Liorun və Əzizovlar ailəsinin həyatdan köçmüş digər üzvlərinin ruhları şad olsun”, – paylaşımda qeyd olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu