Xəbərlər
Rusiya MN Qarabağda sülhməramlıların əməliyyat zonasının adını dəyişdi
Rusiya Federasiyasının Müdafiə Nazirliyi hərbi idarənin bülleteninə əsasən, Rusiya sülhməramlılarının Qarabağda fəaliyyət göstərdiyi zonanın adını “Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu” adlandırıb.
Bu barədə Millinews.az TASS-a istinadən xəbər verir.
Əvvəllər Rusiya Müdafiə Nazirliyinin bülletenlərində hərəkət zonası “Dağlıq Qarabağ münaqişəsi zonası” adlanırdı.
27 oktyabr tarixli bülletendə qeyd olunur ki, yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Xankəndi ərazisində iki post yaradılıb.