Xəbərlər
Şahramanyan Qarabağdan BELƏ QAÇIB – ÖZÜ AÇIQLADI
Azərbaycanın Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan Qarabağdakı qondarma rejimin “prezident”i Samvel Şahramanyanın Azərbaycandan neçə qaçdığı məlum olub.
Millinews.az xəbər verir ki, o bu barədə “yerli” televiziyaya müsahibəsində deyib.
“Azərbaycan tərəfi “Artsax” liderlərinə qarşı seçici yanaşma nümayiş etdirdi. Belə qənaətə gələ bilərəm ki, bu adamlar siyasi məqsədlərlə həbs edilib Bakıya aparılıb. Mən, “müdafiə naziri” və iki təhlükəsizlik məmurum helikopterlə Ermənistana gəldik”.
Hüseyn İbadlı