Ölkə
Humanitar yük avtomobilləri Xankəndiyə niyə Masallı seriyası ilə göndərildi? – İlginc səbəb – FOTO
Xəbər verdiyimiz kimi Azərbaycanın Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola saldığı humanitar yardım karvanı Ağdam-Xankəndi yoluna çatıb.
Avtomobillərin içərisində 40 ton un məmulatları var. Erməni mediası isə avtomobillərin seriya nömrəsinə diqqət çəkib. Bildirilib ki, avtomobillərin seriya nömrələrinin 44 seçilməsi təsadüfi deyil. Ermənilər iddia ediblər ki, bu, Azərbaycanın müharibədəki qələbəsini simvolizə edir.
Qeyd edək ki, 44 seriya nömrəsi Masallı rayonuna aiddir.
Metbuat.az