Xəbərlər

Arestoviç prezident seçkisində iştirak edəcək

arestovi

Ukrayna prezidenti aparatının keçmiş müşaviri Aleksey Arestoviç növbəti prezident seçkisində iştirak etmək niyyətindədir.

Millinews.az xəbər verir ki, o, jurnalistin Ukraynada keçiriləcək prezident seçkisində iştirak etmək niyyəti ilə bağlı sualına “Bəli, namizədliyimi irəli sürəcəyəm”, – deyə cavab verib.

Arestoviç həmçinin təsdiqləyib ki, Ukraynada siyasi, iqtisadi, sosial, hərbi və digər islahatlarla əlaqədar çərşənbə günü sosial şəbəkələrdə dərc etdiyi təkliflər onun seçki proqramıdır.

Ölkəni tərk etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirən Arestoviç “Bir sıra beynəlxalq tədbirlərim var, onların çoxunda əsas məruzəçiyəm”, – deyə cavab verib.

Qeyd edək ki, Ukraynada növbəti prezident seçkisi 2024-cü ilin yazında keçirilməlidir. Hazırda ölkədə seçkinin hərbi vəziyyət şəraitində keçirilməsinin zəruriliyinə dair müzakirələr gedir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu