Xəbərlər

Yapon alimlərinin xəstəliklərdən qoruyan 5 saniyə sirri

672162761933.8164

Yaponiyanın Beynəlxalq Sakit Okean Universitetinin alimləri sübut ediblər ki, uşaqlıqdan çoxlarına məlum olan “beş saniyə qaydası” koronavirusa yoluxmadan qoruyur.

Millinews.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar öskürən insanın yanında olmaqla xəstələnməməyin mümkün olub-olmadığını öyrənmək üçün eksperiment aparıblar. Nəticələr “Scientific Reports” jurnalında dərc olunub.

Təcrübələr göstərib ki, yoluxma riski yoluxmuş şəxslə qısamüddətli təmasdan sonra – beş saniyə ərzində pik həddə çatır. Başqa sözlə, koridorda asqıran bir xəstə yanınızdan keçərsə, virusun yayılması sadəcə saniyələr çəkir. Yaxşı xəbər budur ki, otaq yaxşı havalandırılırsa və insanın sürəti yüksəkdirsə, infeksiya riski daha azdır.

Təcrübə nəticəsində alimlər infeksiya riskini minimuma endirməyə kömək edəcək düstur hazırlayıblar. Üç şərt buna kömək edəcək:

Yanınızda bir adam asqırır və ya öskürürsə, nəfəsinizi ən azı beş saniyə saxlamağa çalışın;

Xəstə insanlardan ən azı bir metr məsafə saxlamağa çalışmalısınız;

Zəif havalandırılan yerlərdə mümkün qədər az qalın.

Aytən Məftun

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu