Xəbərlər

O da etiraf etdi: Qumar oynayıb, amma…

zanilo

İngiltərənin “Aston Villa” klubunun italiyalı yarımmüdafiəçisi Nikolo Zaniolo qanunsuz platformalara mərc etdiyini etiraf edib.

Millinews.az xəbər verir ki, amma 24 yaşlı futbolçu futbol proqnozları vermədiyini qeyd edir. O, yalnız poker və blackjack oyunlarına mərc edib. Nikolonun vəkilləri əmindirlər ki, yaxın vaxtlarda vəziyyətə aydınlıq gətirə biləcəklər.

Xatırladaq ki, bu yaxınlarda italyan futbolçulara mərc qoyuluşu ilə bağlı irimiqyaslı iş üzrə artıq iki hökm çıxarılıb. “Yuventus”un yarımmüdafiəçisi Nikolo Faqioli 7 aylıq , “Nyukasl”ın futbolçusu Sandro Tonali isə 10 aylıq diskvalifikasiya olunub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu