Qəzzaya humanitar yardım dərhal çatdırılmalıdır
“Liverpul”un misirli futbolçusu Məhəmməd Salah Fələstinlə İsrail arasındakı münaqişəyə münasibət bildirib.
Millinews.az xəbər verir ki, bu barədə hücumçu sosial şəbəkədə paylaşım edib.
“Belə vaxtlarda danışmaq həmişə çətindir. Həddindən artıq zorakılıq və ürək ağrıdan qəddarlıq baş verir. Son həftələrdəki eskalasiyanı izləmək qorxuncdur. Bütün həyatlar müqəddəsdir və qorunmalıdır. Bu hadisələrə son qoyulmalıdır. Ailələr dağılır. İndi aydın olan odur ki, humanitar yardım dərhal Qəzzaya çatmalıdır. Orada insanlar dəhşətli vəziyyətdədir. Xəstəxanada dünən baş verənlər dəhşətli idi. Qəzza əhalisinin təcili olaraq qida, su və dərmana ehtiyacı var. Mən dünya liderlərini günahsız insanların qırılmasının qarşısını almağa çağırıram. Bəşəriyyət qalib gəlməlidir”, – Salah videomüraciətdə deyib.