Xəbərlər

Əhaliyə dərmanlarla bağlı YENİ XƏBƏR


Dərman vasitələrinin istehsal və idxalından son istehlakçıya çatdırılmasına qədər olan bütün mərhələlərin real vaxt rejimində izlənilməsini həyata keçirmək üçün “Dərman Vasitələrinin Təqib və İzləmə Sistemi”nin 2024-cü il yanvarın 1-dən etibarən mərhələli şəkildə tətbiqi nəzərdə tutulub.

Millinews.az Xezerxeber.az-a istinadən xəbər verir ki,Səhiyyə Nazirliyinin analitik ekspertiza mərkəzinin şöbə müdiri Səid Fərzullayev bildirib ki, bu sistem istehsal və idxal olunan markalanmalı malların dövriyyəsinə, topdan və pərakəndə satışına nəzarəti həyata keçirən və bununla bağlı məlumatları qeydə alan informasiya ehtiyatı olacaq.

Dərman vasitələrin qablaşdırılması üzərində olan QR kodla izlənilməsi vətəndaşlarin işlərini asanlaşdıracaq.

İlkin mərhələdə psixotrop və güclü təsir edən dərman vasitələrinin, gələn il iyunun 1-dən isə digər dərman vasitələrinin bütün yerli istehsalçı və topdansatış əczaçılıq müəssisələrinin anbarlarında, eləcə də tibb müəssisələrində və apteklərdə real vaxt rejimində izlənilməsinə başlanacaq. Məqsəd dərman vasitələrinin təhlükəsizliyini təmin etməklə yanaşı qaçaqmalçılığın qarşısını almaqdır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu