Xəbərlər

İnsan səsi vəhşi heyvanlarda daha çox qorxu yaratdı: Aslanı sayan olmadı

istockphoto 488867717

Cənubi Afrikada aparılan yeni araşdırma insan səsinin vəhşi heyvanları aslanın səsindən daha çox qorxutduğunu üzə çıxarıb.

Millinews.az xəbər verir ki, Afrikanın ən böyük təbii yaşayış yerlərindən biri olan Kruger Milli Parkında aparılan araşdırma üçün elm adamları gölməçələrdə gizlənmiş dinamiklərdən normal insan nitq səslərini yayımlayıblar.

Bu səsləri eşidən heyvanların 95 faizinin dah çox qorxduğu və suyun kənarından sürətlə uzaqlaşdığı müşahidə edilib. Bu heyvanlara antilop, fil, kərgədan, bəbir, kaftar, zebra və zürafə aiddir.

Bunun əksinə olaraq, heyvanlar aslanların nəriltilərini eşidəndə az panikaya düşüblər.

Tədqiqatlar göstərir ki, bütün dünyada vəhşi heyvanlar digər yırtıcılardan daha çox insanlardan qorxurlar.

Aysel Şahmar

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu