Xəbərlər
Bu ölkədən olan futbolçu Azərbaycanda məhkəməyə verildi
“Neftçi”nin sabiq futbolçusu Arramiz Soareş məhkəməlik olub.
Millinews.az xəbər verir ki, buna səbəb 33 yaşlı hücumçunun vergi borcunun olmasıdır.
San-Tome və Prinsipidən olan forvardla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət olunub və onun Azərbaycandan çıxışına “stop” qoyulması xahiş edilib.
İşə hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq.
Məhkəmə ərizəni təmin etsə, Arramiz Soareşin Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.
Qeyd edək ki, futbolçu 2021/2022 mövsümündə “Neftçi”nin formasını geyinib. O, ötən ilin yanvarında “ağ-qaralar”la yollarını ayırıb. 2021-ci ilin yayında “Neftçi”yə transfer olunmuş Harramiz 11 rəsmi oyunda ağ-qara formanı geyinib.
Heybət