Xəbərlər

Bayden Netanyahu ilə danışdı – Qəzzada əməliyyat dayandırılıb?

bayden netanyahu

ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahu Qəzzadakı vəziyyəti müzakirə ediblər.

Millinews.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Siyasətçilər mülki şəxslərin müdafiəsinin prioritet olduğunu vurğulayıblar. Bayden və Netanyahu həmçinin Fələstinin HƏMAS hərəkatının saxladığı girovların azad edilməsi səylərini müzakirə ediblər .

Amerika lideri bildirib ki, Qəzzada mülki əhalinin ehtiyaclarını ödəmək üçün humanitar yardım axınında dərhal və əhəmiyyətli artım var.

Bundan əvvəl “The New York Times” (NYT) Amerika rəsmilərinə istinadən iddia edib ki, İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatı planlarını dayandırıb və onları bir neçə məhdud əməliyyatla əvəz edib. Belə bir qərar ABŞ-la razılaşdırılaraq qəbul edilib.

Hüseyn İbadlı

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu