Xəbərlər
Girovları o vaxt azad edəcək ki…
Fələstinin HƏMAS hərəkatı atəşkəs razılaşdırılmayana qədər girovları azad edə bilməz.
Millinews.az xəbər verir ki, bu barədə HƏMAS-ın Moskvadakı nümayəndəsi Əbu Hami “Kommersant”a müsahibəsində deyib.
O, aydınlaşdırıb ki, HƏMAS hərbi münaqişənin əvvəlindən “mülki məhbusları” azad etmək niyyətindən danışıb. Hazırda hərəkata oktyabrın 7-də Qəzza zolağında itkin düşmüş hər kəsi tapmaq üçün vaxt lazımdır.
“Bizə Qəzza zolağında “mülki məhbusları” tapmaq üçün vaxt lazımdır. Bundan sonra biz onları azad edə biləcəyik. Bunun üçün sakit mühit lazımdır”, – Əbu Hami bildirib.
Tural