Xəbərlər

Şölə İsmayılova vəfat etdi – FOTO

Azərbaycan Tibb Universitetinin tibb elmləri namizədi, dosent Şölə İsmayılova vəfat edib.

Millinews.az azxeber.com-a istinadən xəbər verir ki, mərhum elm adamı ötən gün 91 yaşında vəfat edib.

Şölə İsmayılova 1933-ci ildə Qazax şəhərində anadan olub. 1941-1951-ci illərdə Qazax Şəhər 1 saylı orda məktəbdə oxuyub və məktəbi qızıl medalla bitirib.

1951-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunub, 1957-ci ildə oranı fərqlənmə diplomu ilə qutarıb. Təyinatla Bakı şəhəri Doğum evinə həkim təyin edilib.

O, 1970-cı ildə Azərbaycan Dövlət Tibb İnstituna assistent seçilib və 1978-ci ildə Kazan şəhərində disertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alıb.

1981-ci ildən bu günə kimi Azərbaycan Dövlət Tibb Universitetində mamalıq-ginekologiya kafedrasında dosent kimi çalışır. Həmçinin həkimlik fəaliyyətini doğum evində davam etdirir.

Şölə İsmayılova 1961-ci ildə “Ali dərəcəli həkim”, 2008-ci ildə isə “Respublikanın əməkdar həkimi” kimi fəxri adlara layiq görülüb.

Onlarla elmi məqalənin, səmərələşdirici təklifin müəllifir.

Bir sıra dövlət və hökumət mükafatları var.

1698404573 396711057 351682234054090 4366532523043916850 n

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu