Rusiya HƏMAS-la İranı Moskvada görüşdürdü
İran xarici işlər nazirinin müavini Əli Baqiri Kani Moskvada HƏMAS-ın Siyasi Bürosunun nümayəndəsi Əbu Mərzuk ilə görüşüb.
Millinews.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. Tərəflər Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.
Görüşdə iranlı nazir bildirib ki, Tehran Fələstin müqavimətini dəstəkləyir.
HƏMAS təşkilatının mətbuat xidməti daha əvvəl bildirmişdi ki, Əbu Mərzuk Moskvada Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Boqdanovla danışıqlar aparıb. Öz növbəsində iranlı diplomat rusiyalı həmkarı Mixail Qaluzinlə görüşüb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova HƏMAS qrupunun nümayəndə heyətinin Moskvaya gəldiyini bildirib. Nümayəndə heyətinə islamçı hərəkatın Siyasi Bürosunun üzvü Əbu Mərzuk başçılıq edir.
Tural