Xəbərlər

İsrail Misirə hücum etməyə hazırlaşır?


İsrail və Fələstin arasında münaqişənin davam etdiyi bir vaxtda Misirdən diqqətçəkən həmlə gəlib.

Millinews.az xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisi İsrail sərhədinə yaxın Süveyşdə 4-cü Zirehli Diviziyada yoxlamalar aparıb. Sisinin yoxlaması zamanı Misir ordusunun görüntüləri diqqət çəkib. Sözügedən görüntülər “İsrailə qarşı güc nümayişi” barədə fikirlərin irəli sürülməsinə səbəb olub. İddialara görə, Qahirə Təl-Əviv rəhbərliyinin onlara hücum etmə ehtimalına qarşı sərhəddə güc nümayiş etdirib. Həmin anlar dünya mətbuatında gündəm olub.

Yoxlama zamanı açıqlama verən Sisi, “Misir ordusu gücü, statusu, bacarığı və səmərəliliyi ilə Misiri və milli təhlükəsizliyini qorumağı hədəfləyir. Misir, Qəzza zolağında vəziyyəti sakitləşdirməyə və atəşkəs yaratmağa çalışır. Qəzza zolağında mülki əhaliyə lazımi yardımı göstərmək üçün böyük səylər göstəririk” deyə bildirib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu