Xəbərlər

“Qarabağ”ın hücumlarının qarşısını almağa çalışırdıq”


“Son 15 dəqiqə çox gərgin keçdi, həmin anlarda “Qarabağ”ın hücumlarının qarşısını almağa çalışırdıq”.

Millinews.az-ın məlumatına görə, bunu Almaniyanın “Bayer 04” klubunun baş məşqçisi Xabi Alonso “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun oyunundan sonra mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis Azərbaycan çempionunun onları təəccübləndirmədiyini söyləyib: “Penalti zərbəsi ilə olsa da, qələbə qazandıq. “Qarabağ” güclü komandadır, bizi təəccübləndirmədi. Kiminlə qarşılaşdığımızı bilirdik. Bunu nəzərə alaraq bura gəlmişdik. Hazırda qrupda birinci yerdəyik. Yenə də qələbələri sıralamalıyıq. Futbolçularımız get-gedə daha yaxşı oyun sərgiləməyə çalışırlar”.

Xabi Alonso 14 il əvvəl Azərbaycana gəldiyini xatırladaraq, bu müddətdə çox dəyişikliklər olduğunu bildirib: “Həm Azərbaycanda, həm də “Qarabağ”da çox dəyişikliklər olub. 14 il əvvəl heç “Qarabağ”ı tanımırdım. Amma indi nəyə qadir olduğunu bilirəm. Bu klub ildən-ilə böyüyür, növbəti uğurlar üçün hər şeyi edir”.

Onun fikrincə, penalti epizodunda hakim haqlı qərar verib: “Penaltidir, istər ilk dəqiqələrdə olsun, istərsə də son dəqiqələrdə. Əllə toxunuş var idisə, top qapıya tərəf gedirdisə, penalti idi. Referilər bu qərarı verir”.

41 yaşlı çalışdırıcı qrupda ikinci yer uğrunda “Molde” ilə “Qarabağ” arasında rəqabət gedəcəyini düşünür: “Hansı komandanın ikinci yeri tutacağını son görüş göstərəcək”.

“Bayer 04”ün baş məşqçisi “Qarabağ”ın heyətində bəyəndiyi oyunçuların adlarını da sadalayıb: “Qarabağ” çox gözəl komplektləşib, yaxşı heyəti var. Marko Yankoviç, Abdullah Zubir və Juninyo Olavionun adını çəkə bilərəm. Digərlərinin xətrinə dəymək istəmirəm, hamısı yaxşıdır. İnanıram ki, onlar üzərlərinə düşəni edəcəklər”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu