Xəbərlər

Yolu keçmək istəyən piyadanı maşın vurdu

piyada

Qəbələdə yolu keçmək istəyən piyadanı maşın vurub. Yol-nəqliyyat hadisəsi Qaraməryəm- İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ şəhər ərazisində keçən hissəsində qeydə alınıb.

Millinews.az xəbər verir ki, yolu keçmək istəyərkən Zarağan kənd sakini, 43 yaşlı Elnur İsmayılovu maşın vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsində tədqiqat başlanılıb. Qəzanın təfərrüatları araşdırılır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu