Xəbərlər
ABŞ-dan İrana KRİTİK MESAJ: “Cavab qətiyyətli və çevik olacaq”
“Birləşmiş Ştatlar İranla açıq hərbi münaqişəyə girmək istəmir, lakin Yaxın Şərqdəki hazırkı münaqişə zamanı ABŞ rəsmilərinə hücum edilərsə, buna cavab verəcək”.
Millinews.az xəbər verir ki, Bu sözləri ABŞ dövlət katibi Entoni Blinken BMT Təhlükəsizlik Şurasının iclası zamanı deyib.
“Birləşmiş Ştatlar İranla münaqişə axtarmır, biz bu müharibənin genişlənməsini istəmirik”, – amerikalı diplomat bildirib.
Eyni zamanda o vurğulayıb ki, İran və ya onun müvəkkilləri amerikalılara zərbə endirərsə, cavab qətiyyətli və çevik olacaq.
Bundan əlavə, Blinken BMT Təhlükəsizlik Şurasını İrana və onun tərəfdarlarına İsrailə qarşı ikinci cəbhə açmamağı çatdırmağa çağırıb.
Hüseyn İbadlı