Xəbərlər

“Qəzzaya nüvə bombası ata bilərik” açıqlamasına ABŞ-dan reaksiya


ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel İsrailin ifrat sağçı İrs naziri Amihai Eliyahunun Qəzza zolağına qarşı nüvə bombası təhdidinin qəbuledilməz olduğunu vurğulayıb.

Millinews.az xəbər verir ki, o bildirib ki, nifrət dolu ritorikadan çəkinmək lazımdır. Patel, Eliyahunun Qəzza zolağına nüvə bombası atmağın ehtimallardan biri olduğunu bildirməsinin tamamilə qəbuledilməz olduğunu ifadə edib. Patel bildirib ki, ABŞ İsrail tərəfi ilə müzakirələrdə HƏMAS silahlıları ilə mülki vətəndaşlar arasında fərq qoyulması məsələsində mövqeyini açıq şəkildə ortaya qoyub.

Qeyd edək ki, İsrailin ifrat sağçı İrs naziri Eliyahu radio proqramında nüvə bombasından istifadənin Qəzza üçün seçimlərdən biri olduğunu deyib. Bu bəyanatdan sonra baş nazir Benyamin Netanyahu Eliyahunu qeyri-müəyyən müddətə kabinet iclaslarından kənarlaşdırıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu