Xəbərlər

Netanyahu ELAN ETDİ: “Müharibənin ikinci mərhələsi başladı”

netanyahuu

İsrailin baş naziri Benyamin Netanyahu müharibənin ikinci mərhələsinin başladığını elan edib.

Millinews.az “The Times of Israel”ə istinadla xəbər verir ki, o bu barədə Təl-Əvivdə keçirdiyi mətbuat konfransı zamanı məlumat verib.

Baş nazir qeyd edib ki, əməliyyatın məqsədi Fələstinin HƏMAS hərəkatının infrastrukturunu məhv etmək və girovları azad etməkdir.

Netanyahu qeyd edib ki, hərbi əməliyyatların ikinci mərhələsi oktyabrın 27-də axşam Qəzza zolağına yeni quru qoşunlarının yeridilməsi ilə başlayıb.

“Düşmən ərazisində döyüşən komandirlərimiz, əsgərlərimiz xalqın və milli rəhbərliyin onların yanında olduğunu bilirlər”, – Netanyahu deyib.

Baş nazir həmçinin əmin olduğunu bildirib ki, Qərb və Ərəb ölkələrindəki müttəfiqlər HƏMAS-la müharibənin məqsədlərini anlayır və İsrailə qələbə arzulayırlar.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Herzi Ha-Levi bildirib ki, hərbi əməliyyatların məqsədləri quru əməliyyatı tələb edir.

Netanyahu daha əvvəl HƏMAS-ı məhv edəcəyinə söz vermişdi.

Hüseyn İbadlı

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu