Kadırovun oğluna bu respublika da orden verəcək
Qaraçay-Çərkəz Respublikasının başçısı Temrezov Kadırovun oğlunu respublikanın ali mükafatı ilə təltif etmək qərarına gəlib.
Millinews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Qaraçay-Çərkəzdə (Rusiya) Çeçenistan rəhbəri Ramzan Kadırovun 15 yaşlı oğlu Adamı respublikanın ali mükafatı ilə təltif etmək qərarına gəliblər. Bu barədə rayonun rəhbəri Rəşid Temrezov “Telegram” kanalında məlumat paylaşıb.
Onun sözlərinə görə, yeniyetmə millətlərarası və regionlararası birliyin inkişafına, ənənəvi İslam dəyərlərinin möhkəmləndirilməsinə verdiyi şəxsi töhfəyə görə “Qaraçay-Çərkəz Respublikası qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib.
Temrezov Adamı Çeçenistanın və bütün ölkənin əsl vətənpərvəri adlandırıb. O, həmçinin əmin olduğunu bildirib ki, Qaraçay-Çərkəz Respublikası ilə Çeçenistan Respublikası arasında yaxşı münasibətlər bundan sonra da davam edəcək.
Mehti Kamiloğlu