Zaur özündən çıxdı: “Aparıcı bədbəxt oğlu…”
Nəvəsini parkda atıb gedən nənə ATV telekanalının studiyasına çağırılıb.
Millinews.az xəbər verir ki, “Bizimləsən” proqramına gələn nənə azyaşlı nəvəsinə baxa bilmədiyi üçün onu parkda atıb getdiyini bildirib:
“Nəvəmi dünən çöldə qoydum. Ona sənəd düzəltdirdim, 3 ay buna görə süründüm. Apardım Türkan qəsəbəsinə internata. Səhər 11-də onu qoydum. Gördüm ki, vəziyyət düzəlmir, imkansızlıqdır. Sənədlərini düzəltmişdim, amma internat uşağı götürmədi. Sonra uşağı parkda qoydum, internata zəng vurdum ki, uşaq oradadır götürərsiniz. Özüm Yasamalda yaşayıram, evimin görüntülərini də ekranda görürsünüz, nə şəraitdə yaşayıram… Mən uşağı necə saxlayım, işləmirəm”.
Qadının bu sözləri proqramın aparıcısı Zaur Baxşəliyevi özündən çıxarıb. O, nəvəsini atan nənəni qınaq atəşinə tutub:
“Artıq hamınız ağ edirsiniz! Elə də deyirsən ki, “evim budur”… Mən bundan da pis evdə yaşamışam! Ana, sən nə danışırsan?! Bizi niyə hədəqədən çıxarırsınız, yazıq deyilik?! Sonra da kənardan baxırlar, bir hissəni çəkib göndərirlər ki, baxın, aparıcı necə qışqırır. Aparıcı bədbəxt oğlu nə etsin?! Sən o uşağı aparıb çölə qoymusan, onu maşın vura bilərdi”.
Verilişin ekspertləri də nənəni qınasa da, yaşlı qadın bu hərəkətinə haqq qazandırıb:
“Heç kəs mənim nə çəkdiyimi bilmir. Uşağın anası xəstədir, atası həbsxanadadır. Mən öz qızımı müalicə etdirə bilmirəm. Özüm ağır şəkər xəstəsiyəm, birinci dərəcəli nevrozam, əlim əsir, durub çay isidə bilmirəm, uşağa baxa bilmirəm. Sizin üçün danışmaq asandır, toxun acdan nə xəbəri?”. :
Yenisabah.az