Daha bir qumarbaz futbolçunun cəzası açıqlanacaq
Yaxın vaxtda İtaliya Futbol Federasiyası “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonalinin qanunsuz mərc oynaması işi ilə bağlı hökmünü açıqlayacaq.
Millinews.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçi diskvalifikasiya müddətini qısaldılacağı ümidi ilə günahını etiraf edib. Tonalinin 10 və ya 12 aylıq futboldan uzaqlaşdırılacağı gözlənilir.
İstənilən halda Tonali gələn ilin iyun-iyul aylarında Almaniyada keçiriləcək Avro-2024-ü buraxacaq. Çox güman ki, futbolçunun işi üzrə hökm sabah “Nyukasl”ın Çempionlar Liqasında Dortmund “Borussiya”sı ilə oyunundan əvvəl açıqlanacaq.
Bundan əvvəl qanunsuz mərc oynadığına görə Nikolo Faqioli 7 ay müddətinə futboldan uzaqlaşdırılıb.
Qeyd edək ki, Sandro Tonali bu ili yayında “Milan”dan “Nyukasl”a 70 milyon avroya transfer edilib.
Heybət