Xəbərlər

Bu ölkələr 900 milyon avroluq müqavilə imzaladı

avrupa birligi ab reu 1543463 1

Nigeriya və Avropa İttifaqı arasında səhiyyə, təhsil və kənd təsərrüfatı kimi sahələrdə inkişaf layihələri üçün 900 milyon avroluq maliyyələşdirmə sazişi imzalanıb.

Millinews.az xəbər verir ki, Aİ Beynəlxalq Tərəfdaşlıqlar üzrə Komissarı Jutta Urpilainen ilə Nigeriya Büdcə və İqtisadi Planlaşdırma Naziri Abubakar Bagudu, paytaxt Abujada keçirilən görüşdə səhiyyə, təhsil, kənd təsərrüfatı kimi sahələrdə inkişaf layihələri üçün 900 milyon avroluq maliyyələşdirmə sazişi imzalayıblar.

Urpilainen bəyanatında Aİ-nin təhlükəsizlik, demokratiya və hamı üçün rifah prioritetlərinə sərmayə qoymağa davam edəcəyini bildirib:

“Tərəfdaşlıqlarımızı daha da gücləndirmək üçün var gücümüz ilə çalışmalıyıq. Yeni fəaliyyət planının başlamasını səbirsizliklə gözləyirəm”.

Nigeriya ilə Aİ arasında imzalanan saziş çərçivəsində fond ağıllı kənd təsərrüfatı, davamlı enerji, səhiyyə və təhsilə çıxışın dəstəklənməsi üçün istifadə olunacaq.

Aysel Şahmar

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu