MaraqlıMaqazin

Ərəb şeyxindən azərbaycanlı müğənniyə şok təklif – Şeyxin diqqətini çəkib – FOTO

Gənc müğənni Aytac Vidadiqızı ifa etdiyi “Sevirəm” mahnısı ilə dünyanın ən varlı insanları sırasında olan ərəb şeyxinin diqqətini çəkib.

Müğənni şeyxlə görüşdüyünü və şeyxin onun mahnısını çox bəyəndiyini bildirib:

“Bilirdim ki, ifa etdiyim mahnı vətənimdə uğur qazanacaq. Amma əcnəbilərin diqqətini çəkməsini gözləmirdim. Ərəb şeyxinin mahnımdan xoşunun gəlməsini yaxın dostlarımdan biri dedi. Elə bildim ki, zarafat edir. Daha sonra şeyxin yaxın adamları mənə zəng edib bu haqda fikirlərini və şeyxin mənimlə görüşmək arzusunda olduğunu bildirdilər. Xəbərin həqiqi olduğuna o zaman inandım. Həmin ərəfədə Azərbaycanda olan şeyxlə görüşdüm. Bir-birimizin dilini başa düşməsək də, tərcüməçi vastiəsilə ünsiyyət qurduq. Səsimə və ifama aşiq olduğunu bildirdi. Məndən bu mahnıya ərəbsayağı klip və fotosessiya etdirmək üçün icazə istədi. Dedim klipi siz maliyyələşdirin, fotosessiyanı özüm edərəm”.

Aytac şeyxin adını açıqlamasa da, yaxın vaxtda şeyx üçün özəl konsert verəcəyini də qeyd edib:

“Adını açıqlamaq istəmirəm. Bu düzgün çıxmaz. Özü də bunu məndən xahiş etdi. Kifayət qədər məşhur insan olduğundan mətbuatın gündəmini zəbt etmək istəmir. Buna baxmayaraq bir neçə aya şeyxin sarayında özəl konsert proqramı ilə çıxış edəcəyəm. Musiqiçilərimlə birlikdə artıq gələn həftədən konsert məşqlərinə start verəcəyəm”.

Qeyd edək ki, müğənninin mahnı üçün çəkilən fotosessiyasının müəllifi Niko Abbasovdur, vizajist isə Anar Ağakişiyevdir. / teleqraf.com

vreabreabre

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu