gənclər arasında psixi sağlamlıq böhranı yaradır
“Facebook” və “Instagram” sosial media platformalarının ana şirkəti olan “Meta” sosial mediadan istifadənin riskləri barədə ictimaiyyəti çaşdırmaqda və gənclər arasında psixi sağlamlıq böhranına töhfə verməkdə günahlandırılıb.
Millinews.az BBC-yə istinadən xəbər verir ki, iddialar ABŞ-ın onlarla ştatının elan etdiyi federal məhkəmədə irəli sürülüb.
İddia olunur ki, şirkət öz platformalarının “əhəmiyyətli təhlükələrini” gizlətməklə yanaşı, istifadəçiləri “tələyə” salmaq üçün asılılıq yaradan xüsusiyyətlərdən istifadə edib.
Həmçinin bildirilir ki, şirkət “Uşaqların Onlayn Məxfiliyinin Qorunması Aktı” ilə bağlı öhdəlikləri pozaraq 13 yaşından kiçik uşaqlardan məlumat toplayıb.
Bu iddialara münasibət bildirən şirkət “məyus” olduğunu bildirib.
“Biz məyus olduq ki, yeniyetmələr tərəfindən istifadə olunan bir çox proqramlar üçün aydın, yaşa uyğun standartlar yaratmaq üçün sənaye üzrə şirkətlərlə məhsuldar işləmək əvəzinə, baş prokurorlar bu yolu seçdilər”, – şirkətin açıqlamasında deyilir.
Tural