MaqazinÖlkə

Müğənnilər arasında DAVA: “Bu dəfə səni əlimdən Hikmət də qurtara bilməyəcək”

Müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasında “Cənnətim” adlı mahnıya görə qalmaqal davam edir.

Teleqraf.com xəbər verir ki, Vəfa Şərifova İnstaqramın hekayə bölümündə video paylaşaraq işçisi Nadir Kərimovun Şəbnəm Tovuzlu tərəfindən qaçırıldığını iddia edib: “Bizim mahnı davamızı hamınız bilirsiniz. Bu günə kimi danışmamağa çalışırdım. Davanın keçməsini istəyirdim. Amma siz üzdə olan davaları, efir-efir, qapı-qapı gəzən insanı görürsünüz. Arxada olanları, nələrlə mübarizə apardığımı bilmirsiniz.

Mənim “Youtube” (Yutub) kanalımı işlədən Nadir bəyi bir neçə gün əvvəl işyerindən əlini-qolunu qatlayıb apardılar. Sanki o, böyük bir günah iş görüb. Qanunsuz şəkildə onu apardılar və biz məsələ ilə bağlı səsimizi çıxarmadıq. Bu gün davamıza səbəb olan “Cənnətimsən” adlı mahnım Yutub kanalımdan silinib, işçim də ortada yoxdur.

Şəbnəm Tovuzlu efirə çıxıb deyir ki, qayda-qanun, haqq-ədalət var. Bəs, sən mənim işçim Nadiri apartdıranda bunları nəzərə almadın? Yutubda trend olan mahnım silinib. Nadirin indi harada olduğunu, kimlər tərəfindən aparıldığını da bilirəm. Ad çəkmirəm, bunu sizin ağsaqqalınıza olan hörmətimdən edirəm. Amma hər dəqiqə ad çəkə, müraciət edə bilərəm və inanın ki, səsim çox tez eşidilər. Nə qədər gec deyil, Nadiri buraxın, getsin evinə.

Şəbnəm Tovuzlu, sənin addımın düzgün addım deyil. Bu dəfə səni əlimdən Hikmət də qurtara bilməyəcək. Dayan!

Qanunları çox gözəl bilirik. Qanınızın arasına mənim iştirak etdiyim toy mərasimi girdi. Yoxsa hamınızın adını çəkərdim. Deyirsən ki, hər ikimizin oxuduğumuz “Cənnətimsən” mahnısının sahibi bəlli oldu, buna görə Yutubdan silindi. Bu mahnının sahibinin kim olduğunu fakt və sübutlarla ortaya qoyacam.

Əgər mahnı sən tərəfindən silinsəydi, orada sənin adın qeyd olunardı ki, mahnıya şikayət gəlib və filan məsələyə görə bu nəğmə silinib. Halbuki mənim mahnıma yazılıb ki, mahnı sahibi tərəfindən silinib. Mənim Yutub kanalımı işlədən şəxs tərəfindən məcburi şəkildə sildirilib. Bu qədər qanunsuzluğu hara qədər edəcəksiniz? Elə etməsinlər ki, sahibləri tərəfindən onların başını əzdirim”.

https://ok.ru/videoembed/7434613623305

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu