İdman

“Qarabağ” azarkeşlərinə TƏCİLİ XƏBƏR – “Ayntraxt”la oyun öncəsi…

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda “Qarabağ”ın Bakıda “Ayntraxt” klubu ilə keçiriləcəyi oyun günü – yanvarın 21-i üçün hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Teleqraf-a bildirib ki, həmin gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən arabir yağıntılı olacağı gözlənilir.

Onun sözlərinə görə, 20-dən 21-nə keçən gecə və səhər yağıntının bəzi yerlərdə sulu qara, Abşeron yarımadasının nisbətən yüksək ərazilərində isə qara keçəcəyi ehtimal olunur.

“Gündüz yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək, havanın temperaturu gecə 0-2, gündüz 3-6 dərəcə isti təşkil edəcək”, – o, əlavə edib.

Qeyd edək ki, matç Bakı vaxtilə saat 21:45-də başlayacaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu