İdman

Abituriyentlərin NƏZƏRİNƏ: Buraxılış imtahanları vahid tarixdə keçirilə bilərmi?

Buraxılış imtahanlarının bütün istiqamətlər üzrə eyni gündə keçirilməsi müzakirə olunan məsələlərdən biridir. Bu yanaşmanın hansı üstünlüklər verə biləcəyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəs imtahanların vahid tarixdə təşkil olunması hansı müsbət nəticələrə gətirib çıxara bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, əvvəlki illərdə buraxılış imtahanları üç fərqli tarixdə keçirilirdi, son iki ildə isə bu proses iki tarix üzrə təşkil olunur.

Ekspertin sözlərinə görə, imtahanların müxtəlif günlərdə keçirilməsi sualların çətinlik dərəcəsi ilə bağlı mübahisələrin yaranmasına səbəb olur:

“Fərqli tarixlərdə imtahan keçirildikdə istər-istəməz birinin digərinə nisbətən daha çətin və ya asan olması ilə bağlı müzakirələr yaranır. Məsələn, bu il 9 martda imtahana girənlər 15 martda sualların daha asan olduğunu, 15 martda imtahana girənlər isə əksini iddia edirdilər. Belə hallarda müəyyən şayiələr formalaşır və bu da əlavə narazılıqlara səbəb olur”.

R.Nurəliyev hesab edir ki, buraxılış imtahanlarının bir gündə keçirilməsi ədalətlilik prinsipinin qorunmasına kömək edə bilər. Onun fikrincə, vahid tarix həm də nəticələrin daha koordinasiyalı şəkildə elan olunmasına şərait yaradacaq.

Ekspert qeyd edib ki, imtahanın eyni gündə təşkili texniki baxımdan mümkündür:

“Dövlət İmtahan Mərkəzi bu sahədə kifayət qədər təcrübəyə malik qurumdur. İmtahan ərəfəsində məktəblər imtahan mərkəzi kimi istifadə olunur. Burada əsas məsələ nəzarətçi sayının təmin edilməsidir.
Əgər nəzarətçilərə verilən məvaciblər artırılarsa, bu istiqamətdə çətinlik aradan qalxa bilər. Bu halda imtahanların bir gündə keçirilməsi həm Dövlət İmtahan Mərkəzi, həm də abituriyentlər üçün daha uyğun olar və cəmiyyət tərəfindən də müsbət qarşılanar”, – deyə ekspert vurğulayıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu