Xəbərlər

İsrail ordusu HƏMAS yaraqlılarının sızdığı tuneli MƏHV ETDİ

tunel

Qəzza zolağında İsrail əsgərləri radikal HƏMAS yaraqlılarının ölkəyə daxil olduğu tuneli məhv ediblər.

Pubika.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“İsrail qırıcıları və Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti Qəzza zolağında terrorçuların istifadə etdiyi tunel və silah anbarına zərbələr endirib. Hazırda İsrail ərazisinə əlavə sızma riski yoxdur”, – məlumatda deyilir.

Daha əvvəl Almaniyanın “Der Spiegel2 jurnalı Qəzza zolağında xeyli sayda tunelin olduğunu bildirmişdi. Onlar HƏMAS yaraqlıları üçün təhlükəsiz sığınacaq, eləcə də girovların və silahların saxlandığı yer kimi xidmət edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu