Xəbərlər
Aİ-nin genişlənməsi geosiyasi şansdır – Almaniya
Avropa İttifaqının (Aİ) genişlənməsi geosiyasi zərurətdir.
Millinews.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
“Birliyimizin genişləndirilməsi geosiyasi zərurətdir. Amma eyni zamanda, bu, Aİ üçün də geosiyasi şansdır”, – deyən diplomat, avropalıların Ukrayna münaqişəsinin “geosiyasi nəticəsi” olan bu məsələdə yekdil olduğunu qeyd edib.
Sentyabr ayında Avropa Komissiyasının (AK) rəhbəri Ursula von der Leyen Aİ-nin genişlənməsi üçün siyasət və institusional islahatlara hazırlıqlara başlanıldığını bildirib. O, həmçinin əlavə edib ki, Avropa İttifaqının yeni genişlənməsi təkcə “tarixin çağırışı” deyil, həm də “geosiyasi zərurət”dir.
Tural