Məktəblərlə bağlı YENİLİK – Bu mexanizmin tətbiqi ilə…

Son illər məktəblərdə təhlükəsizlik məsələləri cəmiyyətdə narahatlıq doğurur. Xüsusilə, şagirdlərin məktəbə giriş zamanı yoxlanılması ideyası həm valideynlər, həm də mütəxəssislər arasında müzakirə olunur. Bu yanaşma real təhlükəsizlik təminatı yarada bilərmi, yoxsa əlavə vaxt və resurs itkisinə səbəb olar?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bütün məktəblərdə giriş-çıxışın xüsusi nəzarət altında olması müsbət addımdır. Ancaq bu məsələ hazırda real görünmür:
“Yaxşı olar ki, bütün məktəblərdə giriş-çıxış xüsusi nəzarət altında olsun. Amma bu, bir qədər müşkül məsələdir. Bu günə qədər sözügedən istiqamətdə ciddi müzakirə aparılmayıbsa, deməli, yaxın vaxtlarda da reallaşması gözlənilmir”.
Ekspert qeyd edib ki, şagird sayı çox olan məktəblərdə bu cür nəzarət müəyyən təhlükəsizlik faydası versə də, praktik baxımdan ciddi çətinliklər yarada bilər:
“Elə məktəblər var ki, şagird sayı 4 minə yaxındır. Bu qədər şagirdin xüsusi qurğulardan keçirilməsi, təhlükəsizlik baxımından detalların yoxlanılması böyük vaxt aparar. Bu səbəbdən alternativ mexanizmlər düşünülməlidir”.
Məzahir Məmmədli vurğulayıb ki, təhlükəsizliyin təmin olunması yalnız Təhsil Nazirliyinin deyil, daha geniş miqyasda Nazirlər Kabinetinin səviyyəsində müzakirə edilməli məsələdir:
“Bütün hallarda təhlükəsizlik ən yüksək səviyyədə təmin olunmalıdır və bu məsələ sistemli şəkildə dövlət qurumları tərəfindən düşünülməlidir”.
Ekspertin sözlərinə görə, hazırda şagird sayı az olan məktəblərdə təhlükəsizlik əsasən qarovulçular tərəfindən təmin olunur. Böyük məktəblərdə isə, xüsusilə Bakı şəhərində, müşahidə kameraları quraşdırılıb və bəzi hallarda xüsusi mühafizə şirkətləri ilə müqavilələr bağlanır:



