Xəbərlər

Atatürkü oynayan məşhur: “15 dəqiqə özümə gələ bilmədim”

film1

Ötən gecə İstanbulda Atatürkdən bəhs edən iki filmin premyerası keçirilib.

Millinews.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Son şam yeməyi” oktyabrın 27-də, “Atatürk 1881-1919” isə oktyabrın 29-da ekranlara çıxacaq.

Aras Bulut İynemlinin Mustafa Kamal Atatürkü canlandırdığı “Atatürk 1881-1919” filminin qala gecəsi Atatürk Mədəniyyət Mərkəzində (AKM) keçirilib. Premyeraya İynemli, Songül Özden, Mehmet Günsür, Sarp Akkaya, Berk Cihat və Esra Bilgiç, həmçinin rejissor Mehmet Ada Öztekin, ssenarist Necati Şahin, prodüserlər Saner Ayar, Hakan Karamahmutoğlu və başqaları qatılıb. Mətbuat mənsublarının suallarını cavablandıran baş rol ifaçısı İynemli çəkiliş meydançasında yaşadıqlarından danışıb.

“Həqiqətən çox həyəcanlıyam, “həyəcanlı deyiləm” kimi davrana bilməyəcəm. Dünyanın ən nüfuzlu liderlərindən birinin hekayəsini anlatdıq. Cumhuriyyətin 100-ci ilində Mustafa Kamal Atatürkün gəncliyini oynamaq kimi bir şans qazandım. Tək bir motivasiyam var idi, layiq ola bilmək.

Çünki bu mövzular heç bir zaman tam olmayacaq, heç bir zaman həsrətimizi qarşılamayacaq. Layiq ola bilmək üçün həqiqətən çox çalışdıq. İki yarım illlik əməyin nəticəsidir ki, burda qarşınızdayıq. İndi növbə izləyicilərdədir, ümid edirəm ki, əlimizdən gələni etdiyimizi göstərə bilərik”, – Aras Bulut İynemli qeyd edib.

Gelibolu döyüşü səhnəsində çəkiliş meydançasında çox çətinlik çəkdiyini qeyd edən İynemli bu səhnələrin ağır olduğunu vurğulayıb:

“O səhnəni çəkməzdən əvvəl 15 dəqiqə özümə gələ bilmədim. Düşünürəm ki, bu səhnələr ikinci filmdə yer alıb. Orada görəcəksiniz”.

Qeyd edək ki, layihənin əvvəlcə rəqəmsal film və serial platforması “Disney Plus”da altı bölümdən ibarət bir mövsümlük serial kimi yayımlanması nəzərdə tutulmuşdu. Lakin erməni diasporasının təxribatı nəticəsində “Disney Plus” serialı yayımlamaqdan imtina etdi. Bundan sonra “Atatürk 1881-1919″un qısaldılaraq iki hissəli filmə çevrilməsinə qərar verildi. İlk olaraq film oktyabrın 29-da “Fox tv”də kiçik bir hissə ilə tamaşaçıların qarşısına çıxacaq. Daha sonra filmin birinci hissəsi noyabrın 3-də, ikinci hissəsi isə 5 yanvar 2024-cü ildə nümayiş olunacaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu