Xəbərlər
Şəbnəm Azərbaycanı tərk edir: Bu səbəbdən
Müğənni Şəbnəm Tovuzlu Azərbaycanı tərk etmək niyyətində olduğunu açıqlayıb.
Millinews.az xəbər verir ki, Türkiyəyə yollanan ifaçı təyyarədən görüntülərini izləyiciləri ilə bölüşüb.
O, bundan sonra tez-tez İstanbula gedəcəyini açıqlayıb:
“Bir az hər şeydən uzaq olmaq üçün gedirəm. Çox yorğunam. Ola bilsin artıq İstanbula daha çox gedib-gələm. Hətta orada yaşamağı belə düşünürəm”.
İstanbula çatar-çatmaz alış-verişə yollanan Tovuzlu özünə 25 dəst libas aldığını bildirib:
“Hər il gəlirəm özümə buradan alış-veriş edirəm. Çox gözəl libaslar var. Bakıda 400-500 manata olan geyimlər burada 200-300 dollaradır. Özümə şoppinq etdim. Azı 25 dənə libas aldım”.
yenisabah.az