Ronaldo dostuna elə bir hədiyyə göndərdi ki…

“Əl-Nəsr”in futbolçusu Kriştianu Ronaldo diqqət mərkəzinə düşüb.
Millinews.az xəbər verir ki, portuqaliyalı forvard MMA ulduzu, UFC çempionu Frensis Nqannouya bahalı hədiyyə edib. Bu barədə döyüşçü sosial şəbəkə hesabında paylaşım edib.
Kriş britaniyalı boksçu Tayson Fyuri ilə döyüşə hazırlaşan dostuna dəstək məqsədiylə “Jacob & Co” saatını hədiyyə edib. Onu qiyməii 110 min funt sterlinqdir.
Qeyd edək ki, Ronaldo MMA ilə yaxından maraqlanır. O, dəfələrlə bu idman növünü sevdiyini və canlı izləmək istədiyini bildirib.
Nqannou oktyabrın 28-də Səudiyyə Ərəbistanında dünya çempionu Fyuri ilə boks qaydalarına uyğun döyüşəcək. Maraqlıdır ki, görüş Ronaldonun çıxış etdiyi “Əl-Nəsr”in təmsil etdiyi Ər-Riyad şəhərində baş tutacaq. Buna görə Ronaldonun döyüşü izləyəcəyi ehtimal edilir.
Heybət