MaqazinÖlkə

Onunla bir ifa edəcək qədər hələ böyüməmişəm – Aybəniz Haşımova

Şahnaz Haşımovanın oktyabrın 5-də Gəncədə filarmoniyada yubiley konserti olacaq.

Millitv.net verir ki, bu xəbəri öz sosial şəbəkə hesabında Əməkdar artist Aybəniz Haşımova paylaşıb.

Müğənni bacısı, Xalq artisti Şahnaz Haşımova ilə birlikdə oxuyacaqları duetdən danışıb:

“Dünən Şahnaz xanımla onlayn məşq edirdik. Ürəyimdə məni dərd alıb, görəsən, necə ifa edim ki, bəyənsin? Elə bilirdim böyümüşəm… Sən demə, onunla bir ifa edəcək qədər hələ böyüməmişəm. Hələ də həyəcan, soyuq tər basır, ürəyim titrəyir. Az qalıram, deyim ki, qadan alım, icazə ver, elə zalda əyləşib səni dinləyim. Bu nədir sizə qurban, həyəcan niyə məndən getmir?

Elə yeni sənətə başlayan dövrdə necə idim, indi də gördüm ki, belədir. Deməli, yaşın artmasının bu işlə heç əlaqəsi yox imiş. Şövkət Ələkbərova, Şahnaz xanım qarşısında illər keçsə də, bu vəziyyət dəyişməz olaraq qalıbmış. Amma çarə yoxdur, oxumalıyam. Allah Şahnaz xanıma can sağlığı versin. O billur, dağ şəlaləsi tək qəlblərə sərinlik verən bulaq səsi dünyamızdan əskik olmasın”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu