Xəbərlər

Yarım saatdan bir 2 dəqiqə gəzmək həyatımızda nəyi dəyişir?

yuruyus 1611752

Aralıq dənizi pəhrizi diabet, yüksək xolesterin, ürək xəstəlikləri, insult və bəzi xərçəng növlərinin riskini azalda bilər, həmçinin sümükləri gücləndirir, beyin sağlamlığını yaxşılaşdırır, demans və depressiyanın qarşısını alır. O da məlumdur ki, əsrlər boyu Aralıq dənizi boyunca insanlar qonşularını görmək və ünsiyyət qurmaq üçün uzun, rahat yeməklərdən sonra tez-tez şəhər meydanına gəzintiyə çıxırdılar. Gəzinti bu həyat tərzinin böyük bir hissəsi kimi qeyd olunur.

Millinews.az xəbər verir ki, “Sports Medicine” jurnalının yazdığına görə, hər gün 2-5 dəqiqəlik gəzinti şəkər səviyyəsini normallaşdırmağa kömək edə bilər. İrlandiyanın Limerick Universitetindən Eydan Baffinin sözlərinə görə, yeməkdən sonra ayaqda durmaq da yaxşı təsirə malikdir, lakin gəzinti qədər effektiv deyil. Gün ərzində və yeməkdən sonra fasilələrlə ayaqda durmaq uzun müddət oturmaqla müqayisədə qlükozanı orta hesabla 9,51% azaldır. Bununla belə, gün ərzində fasilələrlə gəzinti uzun müddət oturmaq ilə müqayisədə qlükozanın orta hesabla 17,01% daha çox azalmasına səbəb olur.

Qeyd olunub ki, oturmaq, ayaq üstə durmaq və yeriməyin orqanizmdəki insulin və qanda şəkərin səviyyələrinə təsirini müqayisə edən yeddi araşdırma təhlil edilib. Tədqiqatlar zamanı insanlardan bütün gün ərzində hər 20-30 dəqiqədən bir iki-beş dəqiqə ayaqda dayanmaq və ya gəzmək istənilib.

“İzlənilən yeddi araşdırma arasında müşahidə zamanı ümumi fəaliyyət müddəti təxminən 28 dəqiqə idi, ayaqda durmaq və yüngül gəzinti üçün fasilələr 2 ilə 5 dəqiqə davam edib”, – Baffi əlavə edib.

Təhlillər göstərib ki, qanda şəkər səviyyəsinə oturmaqdansa ayaq üstə durmaq daha yaxşı tsəri göstərir. Lakin bu, qanda insulinin azalmasına kömək etməyib. Bunun əksinə olaraq, gəzinti bədəndə qlükozanı aşağı sala bilib.

Aytən Məftun

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu