Xəbərlər

“HƏMAS hücumu 11 sentyabrdan daha böyük fəlakətdir”


Oktyabrın 7-də Fələstinin HƏMAS qruplaşmasından radikalların İsrailə sızması və çoxlu israillinin ölümünə səbəb olması 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror aktlarından daha böyük bir milli miqyasda fəlakət idi.

Millinews.az Report-a istinadən xəbər verir ki, bu fikri İsrailin baş naziri Benyamin Netanyahu yəhudi dövlətinə səfərə gələn Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, HƏMAS-ın əsas məqsədi “mümkün qədər çox yəhudini öldürmək” idi:

“Bacarsalar, hər birimizi öldürərdilər. Sadəcə olaraq, onların imkanları yoxdur, lakin çoxlu sayda – 1300 mülki vətəndaşı öldürüblər. Odur ki, biz HƏMAS-ı məğlub etmək üçün hərəkətə keçməliyik və bunun bir daha təkrarlanmamasına əmin olmalıyıq. Ancaq bu, təkcə bizim döyüşümüz deyil, ümumi döyüşdür. Sivilizasiyanın barbarlığa qarşı mübarizəsidir”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu